AZ

Quterreş Azərbaycan-Ermənistan sülh sazişinin paraflanmasını müsbət addım kimi qiymətləndirib

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə paraflanmış sülh sazişini müsbət hal kimi dəyərləndirib.

APA xəbər verir ki, bu barədə Antonio Quterreş Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasının açılışında deyib.

Onun sözlərinə görə, ötən il bir sıra münaqişələrin həlli istiqamətində irəliləyişlər müşahidə olunub və bunlar beynəlxalq münasibətlərdə ümid işartıları yaradıb.

“Ötən il bizə ümid işartıları gətirdi. Məsələn, Kamboca və Tailand arasında atəşkəs, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş”, - Quterreş vurğulayıb.

Seçilən
1
7
apa.az

8Mənbələr