AZ

Ukrayna kosmik qüvvələr yaradır


Bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin tərkibində kosmik qüvvələrin yaradılması planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna hökumətinin fəaliyyət planında deyilir.
“2025-ci il dekabrın 31-dək müdafiə qüvvələrinin strukturu kosmik qüvvələrin yaradılması ilə əlaqədar yenilənməli, onların fəaliyyət göstərməsi üçün hüquqi və təşkilati əsaslar yaradılmalıdır”, - fəaliyyət planının mətnində deyilir.
Həmçinin fəaliyyət planına görə, Ukrayna Müdafiə Nazirliyi 2030-cu ilə qədər müdafiə məqsədləri üçün milli peyklər, həmçinin hava hücumundan xəbərdarlıq sistemləri və kosmik müşahidə sistemləri almağı planlaşdırır.
Fəaliyyət planı artıq Ali Radaya təqdim olunub və yaxın vaxtlarda baxılması gözlənilir.
Seçilən
12
2
yeniavaz.com

3Mənbələr