
Bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin tərkibində kosmik qüvvələrin yaradılması planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna hökumətinin fəaliyyət planında deyilir.
“2025-ci il dekabrın 31-dək müdafiə qüvvələrinin strukturu kosmik qüvvələrin yaradılması ilə əlaqədar yenilənməli, onların fəaliyyət göstərməsi üçün hüquqi və təşkilati əsaslar yaradılmalıdır”, - fəaliyyət planının mətnində deyilir.
Həmçinin fəaliyyət planına görə, Ukrayna Müdafiə Nazirliyi 2030-cu ilə qədər müdafiə məqsədləri üçün milli peyklər, həmçinin hava hücumundan xəbərdarlıq sistemləri və kosmik müşahidə sistemləri almağı planlaşdırır.
Fəaliyyət planı artıq Ali Radaya təqdim olunub və yaxın vaxtlarda baxılması gözlənilir.