AZ

Səfirdən Bakı və İrəvana çağırış: Sülh nə qədər tez imzalansa…

ABŞ 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmaların icrasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: Demokratiyanın möhkəmləndirilməsi və regional təhlükəsizlik” mövzusunda keçirilən diskussiyada bildirib.

Diplomatın sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidir:

“Sülh nə qədər tez imzalansa, onun üstünlükləri bir o qədər tez həyata keçiriləcək”.

Səfir həmçinin qeyd edib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin daha da yaxşılaşması təkcə iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək.

Seçilən
13
6
axar.az

7Mənbələr