AZ

“Onların iştirakı bu tədbirin əhəmiyyətini daha da artırır” - Emin Ağalarovun paylaşımı diqqət çəkdi (VİDEO)

“1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu. Biz hörmətli qonaqlarımızı “Sea Breeze”də qarşılamaqdan, ölkəmizin davamlı inkişafına və qlobal iqtisadi inteqrasiyasına töhfə verməkdən qürur duyuruq”.

Musavat.com-un məlumatına görə, bu sözləri müğənni, iş adamı və “Sea Breeze Resort” kompleksinin təsisçisi Emin Ağalarov sosial şəbəkə hesabında paylaşıb.

O, tədbirin yüksək səviyyədə keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək bildirib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rəhbərliyinə və uzaqgörən siyasətinə görə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və onun fədakar komandasına, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə əzmkar fəaliyyətlərinə görə minnətdaram. Bu forumda iştirak edərək bizə dəstək olan beynəlxalq tərəfdaşlarımıza isə səmimi təşəkkür edirəm. Onların iştirakı bu tədbirin əhəmiyyətini daha da artırır və Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda tutduğu mövqeni möhkəmləndirir”.

Emin Ağalarov əlavə edib ki, belə bir forumun təşkil edilməsi təkcə biznes mühitinin inkişafına deyil, həm də ölkənin müasir iqtisadi potensialının dünyaya təqdim olunmasına xidmət edir:

“Ümidvaram ki, bu möhtəşəm tədbir hər birimiz üçün illik ənənəyə çevriləcək. Burada müxtəlif sənaye sahələrində yeni müqavilələrin imzalanacağına, qabaqcıl layihələrin təqdim olunacağına və ölkələrarası iqtisadi əməkdaşlığın güclənəcəyinə inanıram. Bu forum Azərbaycanın investisiya mühitinin nə qədər əlverişli olduğunu nümayiş etdirməklə yanaşı, ölkəmizi beynəlxalq biznes dairələrinin etibarlı tərəfdaşı kimi bir daha təsdiq edəcək”.

O qeyd edib ki, tədbirin uğurla reallaşması, ölkəyə yeni sərmayələrin cəlb olunması və Azərbaycanın iqtisadi inkişafına müsbət təsirləri uzun illər öz bəhrəsini verəcək.

Könül
Musavat.com 

Seçilən
19
1
musavat.com

2Mənbələr