Musavat.com-un məlumatına görə, bu sözləri müğənni, iş adamı və "Sea Breeze Resort" kompleksinin təsisçisi Emin Ağalarov sosial şəbəkə hesabında paylaşıb.
O, tədbirin yüksək səviyyədə keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək bildirib:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rəhbərliyinə və uzaqgörən siyasətinə görə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və onun fədakar komandasına, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə əzmkar fəaliyyətlərinə görə minnətdaram. Bu forumda iştirak edərək bizə dəstək olan beynəlxalq tərəfdaşlarımıza isə səmimi təşəkkür edirəm. Onların iştirakı bu tədbirin əhəmiyyətini daha da artırır və Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda tutduğu mövqeni möhkəmləndirir".