AZ

Vəkillər Kollegiyası Adnan Əhmədzadənin vəkili barədə açıqlama YAYDI

Vəkillər Kollegiyası bir neçə gün öncə həbs olunan iş adamı, SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevlə bağlı mətbuatda yayılan məlumata aydınlıq gətirib.

Kollegiyadan Redaktor.az-a daxil olan məlumatı olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bildirir ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir. Qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin fəaliyyəti dayandırılır. Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından, həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur. Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər.

Sonda qeyd etmək istərdik ki, bəzi kütləvi informasiya vasitələrində Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Seçilən
8
7
redaktor.az

10Mənbələr