AZ

Qastrola gedən müğənnilərin meyiti tapıldı

Meksikada qastrol səfərində olan "DJ King" ləqəbli kolumbiyalı müğənni Bayron Sançes və Xorxe Luis Herrera ölü tapılıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, sentyabrın 16-dan itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində tapılıb.

Meksika Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başladığını açıqlayıb. Media sənətçilərin ölümünün narkotik alverçiləri ilə əlaqəli ola biləcəyini yazıb.

Kolumbiya prezidenti Qustavo Petro "X" sosial media platformasındakı paylaşımında sənətçilərin ölümündə beynəlxalq mafiya və narkotik tacirlərini günahlandırıb.

Sançes və Herrera sonuncu dəfə sentyabrın 16-da Mexiko şəhərinin Polanko məhəlləsində idman zalından çıxarkən görülüblər.

Müğənni Sançez son konsertində sosial şəbəkədə yazdığı paylaşımda meksikalı izləyicilərinə "İnanılmaz tamaşaçı olduğunuz üçün təşəkkür edirəm, Meksika" deyib.

Murad Məmmədli

Seçilən
20
1
bakivaxti.az

5Mənbələr