AZ

Kolumbiyalı müğənnilərin meyitləri tapıldı

"DJ King" kimi tanınan iki kolumbiyalı müğənni Bayron Sançes və Xorxe Luisin qastrol səfərində olduqları Meksikada cəsədləri tapılıb.

Kulis.az xəbər verir ki, sentyabrın 16 - da Meksikada itkin düşmüş 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan şəhərində aşkar edilib.

Kolumbiya prezidenti Qustavo Petro onların ölümündə beynəlxalq mafiya və narkotik tacirlərini günahlandırıb.

Qeyd edək ki, hər iki sənətçi sonuncu dəfə sentyabrın 16 - da Mexiko şəhərinin Polanko rayonunda idman zalından çıxarkən görüntülənib.

Seçilən
4
1
kulis.az

4Mənbələr