AZ

Ərdoğan BMT-də: “Fələstin davası artıq bütün dünyanın məsələsinə çevrilib”

Musavat.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Qərargahında keçirilən "Fələstin məsələsinə çözüm tapılması və iki dövlətli həllin həyata keçirilməsi" adlı yüksək səviyyəli beynəlxalq konfransda çıxış edib.

Ərdoğan deyib ki, "Fələstin davası artıq bütün dünyanın məsələsinə çevrilib. İsrailin məqsədi fələstinliləri sürgün etmək və bölgədə yayılmaq planlarını reallaşdırmaqdır. Buna heç vaxt icazə verilə bilməz".

Türkiyə Prezidenti Fransa və Səudiyyə Ərəbistanına konfransın həmsədrliklərinə görə təşəkkür edib, həmçinin Fələstin dövlətini tanıyan ölkələri təbrik etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu qərar iki dövlətli həll prosesini sürətləndirəcək.

Ərdoğan diqqətə çatdırıb ki, Qəzzada 65 mindən çox insanın həyatına son qoyan qətliam bütün şiddəti ilə davam edir: "Vicdan sahibi olan heç kim bu soyqırımı qəbul edə bilməz. Netanyahu hökuməti Fələstin dövlətinin qurulmasını mümkünsüz etmək və xalqı zorla köçürmək istəyir".

Prezident beynəlxalq ictimaiyyəti Qərbi Şəriyadakı işğalı, Şərqi Qüdsdəki oldu-bittiləri və bölgədəki qeyri-sabitliyi dayandırmağa çağırıb. O, bunun həm hüquqi, həm də vicdani məsuliyyət olduğunu vurğulayıb.

Ərdoğan çıxışının sonunda bildirib ki, dərhal atəşkəs elan olunmalı, Qəzzəyə humanitar yardımlar maneəsiz çatdırılmalı və İsrail qüvvələri bölgədən geri çəkilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
1
olaylar.az

10Mənbələr