AZ

Mikroblar Napoleonu necə məğlub etdi... – ARAŞDIRMA

Aparılan yeni elmi araşdırma Napoleon ordusunun 1812-ci ildə Rusiyadan faciəli geri çəkilməsinin səbəblərinə dair ənənəvi təsəvvürləri dəyişib.

Musavat.com xəbər verir ki, Vilnüs yaxınlığında tapılan kütləvi məzarlıqda dəfn olunmuş fransız əsgərlərinin qalıqları üzərində aparılan analizlər göstərib ki, ordunu sarsıdan əsas amillərdən biri də paratif və vşalı qayıdan tif (qayıdan qızdırma ) olub.

Tarixi mənbələrə görə, 1812-ci ilin yayında yarım milyondan çox fransız əsgəri Neman çayını keçərək Rusiyaya daxil olmuşdu. Lakin evlərinə yalnız bir neçə min nəfər geri dönə bildi. Sərt soyuqlar, aclıq, rus ordusunun təqibləri və geniş yayılmış epidemiyalar fransız qoşunlarını demək olar ki, məhv etmişdi. 

Alimlər Vilnüsdəki məzarlıqda aşkarlanan 3200-dən çox cəsədin qalıqlarında Salmonella enterica Paratyphi C (paratif) və Borrelia recurrentis (qayıdan tif) bakteriyalarının izlərini müəyyən ediblər.

Paratif çirkli su və qida vasitəsilə yayılır, yüksək qızdırma, ishal və bədən zəifliyi ilə müşayiət olunur. O dövrün həkimləri fransız əsgərlərində kütləvi mədə-bağırsaq pozuntularını qeyd etmişdilər ki, bu da böyük ehtimalla paratifin nəticəsi olub.

-30 dərəcəyə çatan şaxtalar, təminatın olmaması, antisanitariya şəraiti və epidemiyalar birləşərək Napoleona ağır zərbə vurub, onsuz da zəifləmiş ordunun məhvinə səbəb olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
61
1
olaylar.az

10Mənbələr