1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baku TV səsinin müalicəvi təsiri alman psixiatr Yakob Kirş tərəfindən doktorluq dissertasiyasında sübuta yetirilən, "Oxuyan mələk" adlandırılan müğənni Anna German haqqında süjet hazırlayıb.
1936-cı ildə Özbəkistanın Ürgənc şəhərində doğulan, sonradan Polşada və beynəlxalq miqyasda məşhurlaşan müğənni Anna Germanın həyatı ağır sınaqlarla dolu olub.
Uşaqlığını kasıblıq və səfalət içində keçirən sənətçi gəncliyində ailəsini yoxsulluqdan xilas etmək üçün fədakarcasına çalışıb. Atası Yevgeni German 1937-ci ildə repressiya qurbanı olub. Anası İrma Berner ailəsini dolandırmaq üçün illərlə mübarizə aparıb.
1946-cı ildə ailə Polşaya köçüb və Anna burada təhsil alıb. Universitetdə oxuyarkən musiqiyə marağı üzə çıxıb və qısa müddətdə parlaq səsi ilə tanınıb. 1960-cı illərdə beynəlxalq festivallarda qalib gələn German "Rəqs edən Evridikalar" mahnısı ilə şöhrət qazanıb. SSRİ-də, İtaliyada və bir çox ölkələrdə böyük uğurlar əldə edən müğənninin ifaları milyonlarla tamaşaçı tərəfindən sevilib.
1967-ci ildə İtaliyada baş verən ağır avtomobil qəzası onun həyatını dəyişib. Uzun müddət yataq xəstəsi qalan German illərlə mübarizədən sonra yenidən səhnəyə qayıdıb. Bu illərdə o, həm də şairlik və bəstəkarlıqla məşğul olub.
1975-ci ildə oğlu Zbiqnevi dünyaya gətirən müğənni ailə həyatında xoşbəxtlik tapsa da, sağlamlıq problemləri ilə mübarizəsi davam edib. 1980-ci ildə onda bədxassəli şiş aşkar olunub.
Ağır xəstəliyə baxmayaraq, səhnədən ayrılmayan sənətçi 1982-ci ildə 46 yaşında vəfat edib.
Ətraflı süjetdə: