Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Tunisə 187 milyonABŞ dolları dəyərində və 102,3 min ton həcmində xam neft və bitumlusüxurlardan alınan neft məhsulları ixrac olunub.
Bu barədə TrendDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bugöstərici 37,4 milyon ABŞ dolları və ya 20,7 faiz, həcm baxımındanisə 69,7 min ton və ya 27,2 faiz azalıb.
Ötən ilin ilk altı ayında Azərbaycandan Tunisə 163,9 milyon ABŞdolları dəyərində 256,6 min ton neft və neft məhsulları ixracolunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixracedilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az,həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.