AZ

“Traktor” “Sepahan”a səfərdə qalib gəldi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 4-cü tur çərçivəsində “Sepahan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” üç qolun qeydə alındığı bu görüşdə cari mövsümdəki ikinci qələbəni rəsmiləşdiriblər – 2:1. Təbrizlilərin hər iki qolunu Əmirhüseyn Hüseynzadə (45+5, 90+6) vurub.

Beləliklə, “Traktor” cari mövsümdə qazandığı 7 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 4 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Fajr Sepasi” ilə qarşılaşacaq. Bu qarşılaşma sentyabrın 25-də doğma meydanda baş tutacaq.

error: Məzmun qorunur!
Seçilən
19
33
arena.az

10Mənbələr