AZ

Momo Sako “Səbail”də!

Portuqaliyanın “Vilaverdense” klubundan bu yay azad agent kimi ayrılmış Momo Sako bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Birinci Liqa təmsilçisi heyətini daha bir əcnəbi futbolçu ilə gücləndirib. Sako ilə 1 illik müqavilə imzalanıb. 23 yaşlı malili yarımmüdafiəçi yeni komandasında 5 nömrəli forma altında çıxış edəcək.

Momo Sako 2023-cü ildən “Vilaverdense”də çıxış edirdi. Dayaq yarımmüdafiəçisi bu komandanın heyətində 46 oyuna çıxıb, 2 qola imza atıb. O, daha öncə Portuqaliyanın “Felqeyras” və “San Martinyo” klublarının da uğurları üçün çalışıb.

Xatırladaq ki, “Səbail” cari mövsümdə Birinci Liqada keçirdiyi ilk 2 oyundan qalib ayrılıb və hazırda 6 xalla liderdir.

error: Məzmun qorunur!
Seçilən
17
2
arena.az

10Mənbələr