AZ

"Benfika” ilə oyun artıq arxada qal, göydə uçmamalıyıq"- Pedro Bikalyo

style='margin-bottom:10px;'>

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Misli Premyer Liqasının 5-ci turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- 5 qolla qalib gəldiyiniz. Böyük hesablı qələbəni necə şərh edərdiniz?

- Qələbənin memarı komandamızı saymaq olar. Çox yaxşı oyun keçirdik. Rəqibin səhvlərindən yararlandıq və qələbə qazandıq.

- UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”ya 3:2 hesabı ilə qalib gəldiyiniz oyunun ən yaxşısı seçildiniz. Təəssüratlarınız necədir?

- Bu mükafatı qazandığım üçün xoşbəxtəm. Lakin bu, təkcə mənim əməyim deyil. Komanda yoldaşlarımın da bunda böyük rolu oldu. Bu, birgə əməyimizin nəticəsidir.

- Bunu indiyə qədər qazandığınız fərdi mükafatlar arasında ən yaxşı hesab etmək mümkündür?

- 100 faiz.

- “Qarabağ”a gələrkən təsəvür edirdiniz ki, qısa zamanda bu səviyyəyə yüksələcək və Çempionlar Liqasında həftənin simvolik komandasına düşəcəksiniz?

- Dostlarımla, ailə üzvlərimə bu barədə zarafat edirik. Bu, yuxu kimidir. Çempionlar Liqasının əsas mərhələsində oynamaq və ən yaxşı seçilmək çox xoşdur.

- Qarşıdan “Kopenhagen”lə oyun gəlir. Razısınız ki, “Benfika” üzərində qələbədən sonra “Qarabağ”dan gözləntilər çoxdur?

- “Benfika” ilə görüş artıq arxada qalıb. Göydə uçmamalıyıq, ayaqlarımız yerdə olmalıdır. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirsək, hər şey yaxşı olacaq.

Seçilən
10
8
teleqraf.com

9Mənbələr