AZ

“Qarabağ”ın legioneri: “Göydə uçmamalı, ayaqlarımızı yerə basmalıyıq” – MÜSAHİBƏ

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Azərbaycan Premyer Liqasının V turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, futbolçu komandasının çıxışını dəyərləndirib.

 

– 5 qolla qalib gəldiyiniz. Böyükhesablı qələbəni necə şərh edərdiniz?

– Qələbənin memarı komandamızı saymaq olar. Çox yaxşı oyun keçirdik. Rəqibin səhvlərindən yararlandıq və qələbə qazandıq.

 

– UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”ya 3:2 hesabı ilə qalib gəldiyiniz oyunun ən yaxşısı seçildiniz. Təəssüratlarınız necədir?

– Bu mükafatı qazandığım üçün xoşbəxtəm. Lakin bu, təkcə mənim əməyim deyil. Komanda yoldaşlarımın da bunda böyük rolu oldu. Bu, birgə əməyimizin nəticəsidir.

 

– Bunu indiyə qədər qazandığınız fərdi mükafatlar arasında ən yaxşı hesab etmək mümkündür?

– 100 faiz.

 

– “Qarabağ”a gələrkən təsəvür edirdiniz ki, qısa zamanda bu səviyyəyə yüksələcək və Çempionlar Liqasında həftənin simvolik komandasına düşəcəksiniz?

– Dostlarımla, ailə üzvlərimə bu barədə zarafat edirik. Bu, yuxu kimidir. Çempionlar Liqasının əsas mərhələsində oynamaq və ən yaxşı seçilmək çox xoşdur.

 

– Qarşıdan “Kopenhagen”lə oyun gəlir. Razısınız ki, “Benfika” üzərində qələbədən sonra “Qarabağ”dan gözləntilər çoxdur?

– “Benfika” ilə görüş artıq arxada qalıb. Göydə uçmamalı, ayaqlarımızı yerə basmalıyıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirsək, hər şey yaxşı olacaq.

Seçilən
0
6
msport.az

7Mənbələr