AZ

Bu gün Neftçi dən daha yaxşı oynadıq Saşa İliç

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 5-ci tur matçında "Neftçi"yə uduzdu - 0:2."Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslarından istifadə etmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldu da, belə şeylər olur.- Futbolçu kimi "Neftçi"yə qarşı oynamışdız. Bu dəfə baş məşqçi kimi "Neftçi"yə rəqib olduz...- Bəli, amma həmin görüşlər fərqlidi. Oyunçu və məşqçi kimi deyim ki, "Neftçi" Azərbaycanın ən böyük klublarından biridi.- Son iki matçda "Sumqayıt"ın oyununda eniş var. Bunu özünüz görürsüz və nə deyərdiz?- Belə fikirləşmirəm. Bəzi səhvlər üzündən qollar buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq.- Ən çox hansı epizoda təəssüfləndiz? Aleksander Ramalinqomun iki qol epizodu oldu...- Elə qeyd etdiyiniz qol epizodlarına görə... Üç qol vura biləcəyimiz epizod oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
4
icma.az

10Mənbələr