AZ

"Bu gün "Neftçi"dən daha yaxşı oynadıq" - Saşa İliç

"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 5-ci tur matçında "Neftçi"yə uduzdu - 0:2.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslarından istifadə etmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldu da, belə şeylər olur.

- Futbolçu kimi "Neftçi"yə qarşı oynamışdız. Bu dəfə baş məşqçi kimi "Neftçi"yə rəqib olduz...
- Bəli, amma həmin görüşlər fərqlidi. Oyunçu və məşqçi kimi deyim ki, "Neftçi" Azərbaycanın ən böyük klublarından biridi.

- Son iki matçda "Sumqayıt"ın oyununda eniş var. Bunu özünüz görürsüz və nə deyərdiz?
- Belə fikirləşmirəm. Bəzi səhvlər üzündən qollar buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq.

- Ən çox hansı epizoda təəssüfləndiz? Aleksander Ramalinqomun iki qol epizodu oldu...
- Elə qeyd etdiyiniz qol epizodlarına görə... Üç qol vura biləcəyimiz epizod oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.

Seçilən
13
4
football-plus.az

10Mənbələr