AZ

Tyerri Anri: “Qarabağ” həm topla, həm də topsuz çox yaxşıdır”

Futbol ekspertləri Tyeri Anri “CBS Sports” kanalında UEFA Çempionlar Liqasının I tur oyunlarını şərh edərkən “Qarabağ”ın Portuqaliya “Benfika”sı üzərində Lissabonda qazandığı (3:2) qələbəyə də toxunub.

Msport.az xəbər verir ki, Fransa millisinin sabiq futbolçusu Azərbaycan təmsilçisinin uğuruna təəccüblənmədiyini deyib:

“Bu həftə sosial şəbəkələrdə mənim lentim Azərbaycan bayraqları ilə dolu idi. Yuxarıdan oxunanda minlərlə mesaj gördüm. Mən sadəcə həqiqəti deməyə çalışırdım. “Qarabağ” həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşıdırlar. Düşünürəm ki, əsas gücləri də budur”, – deyə Anri söyləyib.

Qeyd edək ki, Anri “Benfika” ilə qarşılaşmadan əvvəl “Qarabağ”ın sürpriz edəcəyini proqnozlaşdırmışdı.

Seçilən
38
1
msport.az

7Mənbələr