AZ

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO - VİDEO

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

APA-nın bölgə bürosu xəbər verir ki, bu mərhələdə Gəncə şəhərindən 12 ailə (44 nəfər), Bakı şəhərindən 6 ailə (20 nəfər), Abşeron rayonundan 4 ailə (14 nəfər), Bərdə rayonundan 2 ailə (10 nəfər), Göygöl rayonundan 2 ailə (9 nəfər), Yevlax rayonundan 1 ailə (7 nəfər), Salyan rayonundan 1 ailə (6 nəfər) və Şəmkir rayonundan 1 ailə (5 nəfər), ümumilikdə 29 ailə (115 nəfər) Kəlbəcər şəhərinə köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə 81 ailə (338 nəfər) köçürülüb.

Kəlbəcər Kəlbəcər Kəlbəcər
Seçilən
17
18
apa.az

10Mənbələr