AZ

Növbəti köç karvanı Kəlbəcərə çatıb, mənzillərin açarları təqdim olunub FOTO VİDEO YENİLƏNİB 1

Apa.az saytına istinadən ain.az xəbər verir.

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə köçürülən 115 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib.

***

15:27

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

12:21

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

APA-nın bölgə bürosu xəbər verir ki, bu mərhələdə Gəncə şəhərindən 12 ailə (44 nəfər), Bakı şəhərindən 6 ailə (20 nəfər), Abşeron rayonundan 4 ailə (14 nəfər), Bərdə rayonundan 2 ailə (10 nəfər), Göygöl rayonundan 2 ailə (9 nəfər), Yevlax rayonundan 1 ailə (7 nəfər), Salyan rayonundan 1 ailə (6 nəfər) və Şəmkir rayonundan 1 ailə (5 nəfər), ümumilikdə 29 ailə (115 nəfər) Kəlbəcər şəhərinə köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə 81 ailə (338 nəfər) köçürülüb.

https://t.me/apa_az/104539

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
18
apa.az

10Mənbələr