BAKI, 20 sentyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023 və 2024-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.