AZ

Köməksiz vəziyyətdə qalan azyaşlılar belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023 və 2024-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.


Seçilən
35
6
news24.az

10Mənbələr