AZ

Azərbaycan yanvar-avqust aylarında Niderlanda neft ixracını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Niderlanda 126,5milyon ABŞ dolları dəyərində və 223,3 min ton həcmində xam neft vəbitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu barədə TrendDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bugöstərici 19,7 milyon ABŞ dolları və ya 18,4 faiz artıb, həcmbaxımından isə 54,3 min ton və ya 32,2 faiz çoxalıb.

Ötən ilin ilk səkkiz ayında Azərbaycandan Niderlanda 106,8milyon ABŞ dolları dəyərində 169 min ton neft və neft məhsullarıixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixracedilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az,həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.

Məqalədə:
Seçilən
41
1
az.trend.az

2Mənbələr