Güləşçimiz Eldəniz Əzizli Zaqrebdə keçirilən dünya çempionatından medalla qayıdır.
Offsideplus.az xəbər verir ki, yunan-roma güləşçimiz bürünc medal qazanıb.
Eldəniz Əzizli (55 kq) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub.
Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.