Bakı. Trend:
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.
Trend-inməlumatına görə, yunan-Roma güləşi üzrə ilk medalçılarmüəyyənləşib.
Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kiloqram) bürüncmedal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinəelə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizinkapitanı dünya üçüncüsü olub.
Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxrikürsüyə qalxan (4 qızıl, 3 bürünc) Eldəniz bu göstəricidəAzərbaycan güləşinin yeni rekordçusu olub.