AZ

Sahibə Qafarova Kuala Lumpur şəhərinin meri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya səfəri çərçivəsində sentyabrın 19-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin olduğu qeyd edilib.

Milli Məclisin sədri səfər çərçivəsində keçirilən tədbirlər və görüşlər barədə məlumat verərək, bu kimi təmasların ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Kuala Lumpur şəhərinin meri Azərbaycana səfərlərini, Prezident İlham Əliyevlə görüşlərini xatırladaraq, ölkəmiz və paytaxt Bakının inkişafı ilə bağlı müsbət təəssüratlarını bölüşüb. O, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru kimi Ağdam və Zəngilanda milli şəhərsalma forumlarının keçirilməsini qeyd edib. Maimuna Mohd Şərif Ağdam, Zəngilan, Fizulidə qısa müddət ərzində görülən işləri, həyata keçirilən infrastruktur layihələrini çox yüksək qiymətləndirib.

Söhbət zamanı Bakı və Kuala Lumpur arasında gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
23
4
day.az

7Mənbələr