Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya səfəriçərçivəsində sentyabrın 19-da bu ölkənin paytaxtı Kuala Lumpurşəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiqicraçı direktoru Maimuna Mohd Şərif ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Malayziya arasında dost münasibətlərininolduğu qeyd edilib.
Milli Məclisin sədri səfər çərçivəsində keçirilən tədbirlər vəgörüşlər barədə məlumat verərək, bu kimi təmasların ölkələrimiz vəparlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsibaxımından əhəmiyyətini qeyd edib.
Kuala Lumpur şəhərinin meri Azərbaycana səfərlərini, Prezidentİlham Əliyevlə görüşlərini xatırladaraq, ölkəmiz və paytaxt Bakınıninkişafı ilə bağlı müsbət təəssüratlarını bölüşüb. O, BMT-ninMəskunlaşma Proqramının icraçı direktoru kimi Ağdam və Zəngilandamilli şəhərsalma forumlarının keçirilməsini qeyd edib. Maimuna MohdŞərif Ağdam, Zəngilan, Fizulidə qısa müddət ərzində görülən işləri,həyata keçirilən infrastruktur layihələrini çox yüksəkqiymətləndirib.
Söhbət zamanı Bakı və Kuala Lumpur arasında gələcək əməkdaşlıqperspektivlərinə toxunulub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.