AZ

Bakı və Kuala Lumpur arasında əməkdaşlıq perspektivləri müzakirə olunub  

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya səfəri çərçivəsində sentyabrın 19-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Malayziya arasında dost münasibətlərin olduğundan bəhs edilib.

Milli Məclisin sədri səfər çərçivəsində keçirilən tədbirlər və görüşlər barədə məlumat verərək, belə təmasların ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Kuala Lumpur şəhərinin meri Azərbaycana səfərlərini, Prezident İlham Əliyevlə görüşlərini xatırladaraq, ölkəmizin, o cümlədən paytaxt Bakının inkişafı ilə bağlı müsbət təəssüratlarını bölüşüb. O, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru kimi Ağdam və Zəngilanda milli şəhərsalma forumlarında iştirakını qeyd edib. Maimuna Mohd Şərif Ağdam, Zəngilan və Füzulidə qısa müddət ərzində görülən işləri, həyata keçirilən infrastruktur layihələrini çox yüksək qiymətləndirib.

Söhbət zamanı, həmçinin Bakı və Kuala Lumpur arasında əməkdaşlıq perspektivlərinə toxunulub, maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
7
4
azerbaijan-news.az

7Mənbələr