AZ

Pakistan 2 partlayış nəticəsində 11 nəfər həlak olub

Pakistanda ayrı-ayrılıqda baş verən 2 partlayış nəticəsində 11 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə hökumət rəsmiləri “AFP”yə məlumat verib.

Partlayışlar ölkənin Bəlucistan vilayətində meydana gəlib.

Hücumlardan birinin məsuliyyətini “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb.

Belə ki, sürücü bombalarla dolu olan maşını Pakistan əsgərlərinin üzərinə sürüb və 5 nəfərin həyatına son qoyub.

İkinci partlayış isə 6 fəhlənin ölümü ilə nəticələnib.

Qeyd edək ki, uzun illərdən bəri separatçı qruplaşmalar Pakistana qarşı terror əməliyyatları həyata keçirir və Bəlucistanın Pakistandan ayrılmasını tələb edirlər.

Seçilən
48
8
apa.az

9Mənbələr