AZ

Həbib Ağayev: “Kişinyov toplanışı çox faydalı oldu”

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) baş məşqçisi Həbib Ağayev AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, millimiz Moldovanın paytaxtı Kişinyovda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yerli komanda ilə yoxlama görüşləri keçirib.

Həbib Ağayev həm toplanış, həm də yoxlama oyunları ilə bağlı AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Uğurlu təlim-məşq toplanışı keçdik. Planlaşdırılan məşqlərin yüksək səviyyədə reallaşması üçün hər cür şərait yaradılmışdı. Hər iki oyun bizim üçün çox faydalı oldu. Komanda fiziki və taktiki cəhətdən yaxşı hazırlaşdı. Ən önəmlisi yeni futbolçuların kollektivə uyğunlaşması idi. Onların məşqlərdə yeni taktikalara necə reaksiya verdiklərini görmək baxımından toplanış çox faydalı oldu. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var. Bu hazırlıq da həmin çatışmazlıqları aradan qaldırmağa imkan yaratdı”.

U-19 millimiz hər iki yoxlama oyununda Moldova yığması üzərində 2:0 hesablı qələbə qazanıb.

error: Məzmun qorunur!
Seçilən
16
7
arena.az

10Mənbələr