AZ

Marko Yankoviç 6 həftə oynamayacaq

Futbol üzrə Monteneqro millisinin və Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç zədələnib.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 1-ci turunda “Benfika” ilə Portuqaliyada keçirilmiş matçın 77-ci dəqiqəsində zədə almışdı.

Təcrübəli futbolçunun zədəsinin yüngül olduğu ehtimal edilsə də, ətraflı müayinələrdən sonra onun bir müddət komandasına kömək edə bilməyəcəyi müəyyənləşib. Yankoviçin sıraya qayıtması təxminən 6 həftə çəkəcək. Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi UEFA Çempionlar Liqasında oktyabrın 1-də “Kopenhagen” (Danimarka) və oktyabrın 22-də “Atletik”lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.

Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 134 oyun keçirib, 10 qol və 16 məhsuldar ötürmə müəllifi olub.

Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.

Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 56 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

error: Məzmun qorunur!
Seçilən
9
4
arena.az

10Mənbələr