AZ

Aqil Nəbiyev: “Komandamız gələcəyə ümid verir”

"Komandamız gələcəyə ümid verir".

Operativ Media xəbər verir ki, bunu 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən ikinci yoxlama oyunundan (3:1) sonra AFFA-nın mətbuat xidmətinəaçıqlamasında deyib.

O, komandanın problemlərinə toxunub.

“Bu kollektiv ilk dəfə təlim-məşq toplanışına yığışmışdı. Rəqib isə yeddinci dəfə idi bir araya gəlirdi. Hər iki oyun bizim üstünlüyümüz şəraitində keçdi. Düzgün təhlillər və çalışmalar nəticəsində ikinci matçda qələbə qazandıq”.

Baş məşqçi U-15 millidəki futbolçuların potensiallarının böyük olduğunu deyib: “Uşaqları tanımaq üçün zaman lazımdır. Potensiallı oyunçulardır, ancaq fiziki durumla bağlı ciddi problemləri var idi. Millidə isə bunun üzərində çox çalışmaq imkanımız olmur. Çünki cəmi üç məşqdən sonra oyuna çıxmışdıq. Sırf taktiki tapşırıqlara üstünlük veririk. Komandamız gələcəyə ümid verir. Hazırlıqların, beynəlxalq oyunların sayı nə qədər çox olsa, istər bu kollektivlə, istərsə də U-16 və U-17 millimizlə daha böyük işlər görmək olar”.

Qeyd edək ki, millimiz Monteneqro ilə ilk oyunda 0:0 hesablı heç-heçə edib, ikinci görüşdə 3:1 hesablı qələbə qazanıb.

Seçilən
34
9
operativmedia.az

10Mənbələr