AZ

Yığmamızın baş məşqçisi: Komandamız gələcəyə ümid verir

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən ikinci yoxlama oyunundan (3:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Nəbiyev U-15 millisindəki futbolçuların potensiallarının böyük olduğunu deyib: 

"Bu kollektiv ilk dəfə təlim-məşq toplanışına yığışmışdı. Rəqib isə yeddinci dəfə idi bir araya gəlirdi. Hər iki oyun bizim üstünlüyümüz şəraitində keçdi. Düzgün təhlillər və çalışmalar nəticəsində ikinci matçda qələbə qazandıq.

Uşaqları tanımaq üçün zaman lazımdır. Potensiallı oyunçulardır, ancaq fiziki durumla bağlı ciddi problemləri var idi. Millidə isə bunun üzərində çox çalışmaq imkanımız olmur. Çünki cəmi üç məşqdən sonra oyuna çıxmışdıq. Sırf taktiki tapşırıqlara üstünlük veririk. Komandamız gələcəyə ümid verir. Hazırlıqların, beynəlxalq oyunların sayı nə qədər çox olsa, istər bu kollektivlə, istərsə də U-16 və U-17 millimizlə daha böyük işlər görmək olar”.

Qeyd edək ki, millimiz Monteneqro ilə ilk oyunda 0:0 hesablı heç-heçə edib, ikinci görüşdə 3:1 hesablı qələbə qazanıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
9
sportal.az

10Mənbələr