AZ

“Qarabağ” Şeydayevlə müqavilənin detallarını açıqladı

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Qarabağ” daha bir futbolçunun keçidini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev heyətə cəlb olunub.

Klubla 29 yaşlı hücumçu arasında 1 illik müqavilə imzalanıb. Şeydayev “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.

Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da forma geyinib. O, komandamızla 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adına sahib olub.

Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

Qeyd edək ki, klubumuz bunadək altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
7
futbolpress.az

9Mənbələr