AZ

Ramil Şeydayev yenidən "Qarabağ"da - rəsmi

"Qarabağ" daha bir futbolçunun keçidini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Ağdam təmsilçisi Ramil Şeydayevi heyətə cəlb edib.

"Qarabağ"la 29 yaşlı hücumçu arasında 1 illik müqavilə imzalanıb. Şeydayev yeni komandasında 77 nömrəli forma ilə çıxış edəcək.

Ramil 2017-18 və 2021-23-cü illərdə də “Qarabağ”da forma geyib. O, bu komandayla 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla premyer-liqanın bombardiri adına sahib olub.

Azərbaycan millisində keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

Seçilən
0
4
football-plus.az

9Mənbələr