1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyuyət (0:3) verib.
Oxu.Az xəbər verir ki, qərar qurumun bu gün baş tutan iclasında qəbul olunub.
Buna Misli Premyer Liqasında IV turun "İmişli" - "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.
Həmin oyunda "İmişli" komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilib.
Eyni zamanda, "İmişli" - "Sumqayıt" oyununun 90+4-cü dəqiqəsində "İmişli" komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, "İmişli" komandası 3000 manat cərimələnib.
Qarşılaşma zamanı "Sumqayıt" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "Sumqayıt" komandası 5000 manat cərimə olunub.