Çinin paytaxtı Pekində “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə 12-ci Syanşan Forumu keçirilir.
Publika.az xəbər verir ki, yüksəksəviyyəli təhlükəsizlik forumunda 100-dən çox ölkənin müdafiə qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların, analitik mərkəzlərin nümayəndələri, yüksəkrütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər iştirak edirlər.
Azərbaycanı nüfuzlu tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, forum Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.