Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Pekin, 18 sentyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə 12-ci Syanşan Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yüksəksəviyyəli təhlükəsizlik forumunda 100-dən çox ölkənin müdafiə qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların, analitik mərkəzlərin nümayəndələri, yüksəkrütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər iştirak edirlər. Azərbaycanı nüfuzlu tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Forum çərçivəsində 4 plenar iclas, 8 paralel sessiya, yüksəksəviyyəli dialoqlar, gənc zabitlər, alimlər üçün seminar və brifinqlər keçiriləcək.
2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksəkrütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbir
Pekin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.