AZ

AAYDA sədri Xocalıda icra edilən yol layihələrinə baxış keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrasıyla əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yevlax və Gəncə şəhərlərində, Qazax rayonunda, eləcə də işğaldan azad olunmuş Kəlbəcər, Ağdərə və Xocalı rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrinin gedişi ilə yerində tanış olub.

Bu barədə "Unikal"a AAYDA-dan məlumat verilib. 

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan ərazilərdə yol infrastrukturunun yenidən qurulması və inkişafı üzrə layihələrin icrası fasiləsiz şəkildə davam etdirilir. Bu məqsədlə ərazilərə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub. Saleh Məmmədov sözügedən avtomobil yollarına baxış zamanı layihələrin “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, yüksək keyfiyyətlə və vaxtında tamamlanmasının vacibliyini vurğulayıb, bu istiqamətdə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Seçilən
58
6
unikal.az

8Mənbələr