AZ

Saleh Məmmədov yol layihələrinə baxış keçirdi - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Yevlax və Gəncə şəhərlərində, Qazax rayonunda, eləcə də işğaldan azad olunmuş Kəlbəcər, Ağdərə və Xocalı rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrinin gedişi ilə yerində tanış olub.


Manset.az agentliyə istinadən xəbər verir ki, dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, AAYDA tərəfindən qeyd olunan ərazilərdə yol infrastrukturunun yenidən qurulması və inkişafı üzrə layihələrin icrası fasiləsiz şəkildə davam etdirilir. Bu məqsədlə ərazilərə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

S. Məmmədov sözügedən avtomobil yollarına baxış zamanı layihələrin "İnşaat Norma və Qaydaları"na uyğun şəkildə, yüksək keyfiyyətlə və vaxtında tamamlanmasının vacibliyini vurğulayıb, bu istiqamətdə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Seçilən
30
6
manset.az

8Mənbələr