AZ

Xaricdə təhsil proqramına qəbul meyarları sərtləşdiriləcək - Emin Əmrullayev açıqladı

“Xaricdə təhsil proqramına qəbul meyarlarının sərtləşdirilməsi nəzərdə tutulur. Bu il xaricdə təhsil proqramına 900-ə yaxın müraciət daxil olub. Bu qədər namizəd arasından seçim etmək çox çətindir”.

Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib. Onun sözlərinə görə, iki güclü namizəd arasında bir yer olanda, kimsə istər-istəməz kənarda qalır:

“Biz çalışırıq ki, ən yaxşıları seçək. Prosesdə müsahibələr də aparılır, lakin qəbul etməliyik ki, hər bir müsahibə müəyyən qədər subyektivdir.”

O bildirib ki, əsas məqsəd seçimdə subyektivliyi minimuma endirməkdir:

“Elə bir sistem qurmaq niyyətindəyik ki, qəbul olunanların keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın. Yekunda təxminən 500 nəfər ən yaxşı namizəd seçilməlidir. Bu məqsədlə qəbul prosesini daha da çətinləşdirməyi və proqramı dünyanın ən yüksək səviyyəli universitetlərinə yönləndirməyi planlaşdırırıq”.

Seçilən
37
7
publika.az

8Mənbələr