Bakı. Trend:
Xaricdə təhsil proqramına qəbul meyarlarının sərtləşdirilməsinəzərdə tutulur. Bu il xaricdə təhsil proqramına 900-ə yaxınmüraciət daxil olub. Bu qədər namizəd arasından seçim etmək çoxçətindir.
Trend xəbər verir ki, bunuelm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramındadeyib. Onun sözlərinə görə, iki güclü namizəd arasında bir yerolanda, kimsə istər-istəməz kənarda qalır:
“Biz çalışırıq ki, ən yaxşıları seçək. Prosesdə müsahibələr dəaparılır, lakin qəbul etməliyik ki, hər bir müsahibə müəyyən qədərsubyektivdir.”
O bildirib ki, əsas məqsəd seçimdə subyektivliyi minimumaendirməkdir:
“Elə bir sistem qurmaq niyyətindəyik ki, qəbul olunanlarınkeyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın.Yekunda təxminən 500 nəfər ən yaxşı namizəd seçilməlidir. Buməqsədlə qəbul prosesini daha da çətinləşdirməyi və proqramıdünyanın ən yüksək səviyyəli universitetlərinə yönləndirməyiplanlaşdırırıq”.
Nazir, həmçinin vurğulayıb ki, proqram uzunmüddətli perspektivdəAzərbaycanın inkişafına ciddi töhfə verəcək:
“Əminəm ki, bu proqram müstəqilliyimizin və inkişafımızın əsasdayaqlarından biri olacaq. Xaricdə təhsil alan gənclər 5, 10, 15,hətta 20 ildən sonra Vətənə qayıdaraq dövlət və özəl sektorda mühümuğurlar qazanacaq, ölkəmizin tərəqqisinə xidmət edəcəklər”.