AZ

Paytaxtda saxlanılan daha üç kuryerdən 3 kq narkotik aşkarlandı

Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslər -  31 yaşlı İ.Qardaşxanlı, 20 yaşlı S.Nasib və 21 yaşlı V.İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 3 kiloqrama yaxın marixuana və həşiş aşkarlanaraq götürülüb.

Saxlanılanlar ifadələrində narkotik vasitələri maddi gəlir qazanmaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırmalar aparılır.

Hurriyyet.az

Seçilən
44
10
hurriyyet.az

10Mənbələr