AZ

Bakıda üç narkokuryer tutuldu

Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslər -  31 yaşlı İ.Qardaşxanlı, 20 yaşlı S.Nasib və 21 yaşlı V.İsmayılov saxlanılıblar.

Modern.az xəbər verir ki, onlardan ümumilikdə 3 kiloqrama yaxın marixuana və həşiş aşkarlanaraq götürülüb.

Saxlanılanlar ifadələrində narkotik vasitələri maddi gəlir qazanmaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
15
10
modern.az

10Mənbələr