AZ

AFFA rəsmisi "Bavariya" – "Çelsi" oyununa təyinat alıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Bavariya" (Almaniya) – "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Seçilən
15
9
far.az

10Mənbələr