AZ

AFFA rəsmisi "Bavariya" – "Çelsi" oyununa təyinat alıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.

İdman.biz xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Bavariya" (Almaniya) – "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz

Məqalədə:
Seçilən
5
22
idman.biz

10Mənbələr