AZ

Ukrayna kəşfiyyatı: Rusiya ordusunda belarusların sayı artıb

BAKI, 13 sentyabr. TELEQRAF

Rusiya ordusunda döyüşən belarusların sayı 2022-ci illə müqayisədə 100 dəfədən çox artıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Slidstvo.Info” nəşri yazıb.

Nəşr Ukrayna kəşfiyyatından əldə edilmiş məlumatlara istinadən yazır ki, 2022-ci ilin iyulundan 2025-ci ilin yayına qədər minlərlə belaruslu müqavilə əsasında Rusiya ordusunun sıralarında xidmət etməyə başlayıb.

“2022-ci il fevralın 24-dən 2025-ci ilin iyul ayının əvvəlinə qədər Rusiya ordusu 1031 Belarus vətəndaşı ilə müqavilə imzalayıb, onlardan 105 nəfəri artıq öldürülüb, 84-ü itkin düşüb”, - materialda qeyd olunur.

Kəşfiyyat məlumatlarına görə, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan belarusların sayı 2023-cü ildə Ukraynada genişmiqyaslı müharibənin ilk ili ilə müqayisədə 39 dəfə artıb.

Bildirilir ki, əgər 2022-ci ildə Rusiya ordusunda müqavilə ilə xidmət edən 6 nəfər belaruslu var idisə, bu say 2023-cü ildə 235, 2024-cü ildə isə 518 nəfərə çatıb.

Seçilən
54
6
teleqraf.com

8Mənbələr