AZ

Belaruslu döyüşçülər Rusiya ordusuna qoşulur - Rekord say

 

Rusiya ordusunda xidmət edən belarusluların sayı son illərdə kəskin şəkildə artıb. 

Gundem.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilir ki, 2022-ci ildən bəri bu artım 100 dəfəyə çatıb.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, 2022-ci ilin iyulundan 2025-ci ilin yayına qədər 1031 Belarus vətəndaşı Rusiya silahlı qüvvələri ilə müqavilə imzalayıb. Onlardan 596 nəfəri təkcə 2025-ci ilin ilk yarısında müqavilə bağlayıb.

Statistikaya görə, 24 fevral 2022-ci ildən 2025-ci il iyulun əvvəlinə qədər müqavilə imzalayanların 105-i döyüşlərdə həlak olub, 84 nəfər isə itkin düşüb. Bu da o deməkdir ki, təxminən hər beş belarusludan biri ya ölüb, ya da geri qayıtmayıb.

Əldə edilən məlumatlara əsasən, belarusluların Rusiya ordusuna axını xüsusilə 2023 və 2024-cü illərdə sürətlənib. Əgər 2022-ci ildə cəmi 6 belaruslu Rusiya ordusuna qoşulmuşdusa, 2023-cü ildə bu rəqəm 235-ə, 2024-cü ildə isə 518-ə yüksəlib.

Bu tendensiya Belarusun Rusiya ilə hərbi əməkdaşlığının dərinləşməsinin və regiondakı geosiyasi gərginliyin artmasının göstəricisi kimi qiymətləndirilir. /Milli.az

 

Seçilən
3
1
gundem.az

8Mənbələr